Farneze saat kitabı
Farneze saat kitabı (it. Libro d'ore Farnese, ing. The Farnese Hours) — Romada intibah rəssamı Culio Klovio tərəfindən kardinal Alessandro Farneze üçün hazırlanmış miniatürlü əlyazmadır. Vazarinin sözlərinə görə, kitabın hazırlanmasına rəssam doqquz il sərf etmişdir. Neopolitan muzeyində saxlanan kitab, 1903-cü ildə C.P. Moqran tərəfindən alınmışdır.
Əlyazma, kitab miniatürü incəsənətinin ən son nümunələrindən biri olmaqla, intibah dövrünün ən məşhur müvafiq sənət əsəridir. Kitabın unikallığı ondadır ki, o, orta əsrlər yox, manyerizm dövrünə aiddir və kitab nəşri dövründə hazırlandığına görə, faktiki olaraq anaxronizmdir.
Əlyazmanın müəllifi olan Culio Klovio, 1530-cu illərin sonlarından kardinalın xidmətində olmuş və növbəti qırx il ərzində yalnız onun üçün çalışmışdır. XVI əsrin ortalarında, əsərin sifarişçisi Alessandro Farneze ən böyük sənət kolleksiyaçısı və messenat olmuşdur.
Əlyazma kardinal Farnezenin vəsiyyətnaməsində ayrıca qeyd edilmiş iki sənət əsərindən biridir: o, əlyazmanın həmişə ailədə saxlanmasını və heç vaxt Farneze sarayından çıxarılmamasını istəmişdir.